Həmişə hesab etmişəm ki, professional idmanın insana xeyrindən çox ziyanı olur. Özünü formada saxlamaq və sağlam qalmaq üçün həvəskar idmanla məşğul olmaq kifayət edir. Professional idman isə zövqdən çox “iş fəaliyyətinə” bənzəyir və burada idmançılar çox əziyyət çəkir, ölkəni təmsil edir, stress keçirir və s. Əlbəttə bu fəaliyyət alqışlanandır, çünki bunun üçün insanın böyük iradəsi və gücü olmalıdır. Lakin professional idman növlərində də idmançılar minimal tramva riskləri ilə üzləşirlərsə, boks və qaydasız döyüşdə döyüşçülər açıq-aşkar özlərini yumruq altına salırlar, ciddi kəllə-beyin tramvaları alırlar, hansıki bu fəsadları döyüş zamanı görmək elə də çətin deyil. Döyüşdən sonrakı gələcək həyatında isə döyüşçülər sağlamlıqları ilə bağlı problemlər yaşayırlar.

    Döyüşçülərin özləri isə həmişə vurğulayırlar ki, bu fəaliyyət onları gücləndirir daha dözümlü edir. Sınıq burun və çənə insanı necə gücləndirə  bilər (beyin zədələrinin fəsadları isə həyati təhlükəli olur)? Fiziki tramvaları bir kənara qoysaq mənəvi tramvalar isə insana ömür boyu aqressiya və komplekslər qazandırır, çünki qalibiyyət qazanmamış döyüşçü (xüsusilə də güclü cinsin nümayəndələri) özünü əzilmiş, sınmış hesab edir. Bu vəziyyət insanı depressiyaya sala bilər.

    Hər şeydən vacib insanın sağlamlığıdır. İdman insana zövq yaşatmalı və sağlamlığına dəstək olmalıdır. Əksinə insanı “əlil” vəziyyətinə gətirib çıxarmamalıdır.


http://imageshack.com/a/img538/8226/dFgmgy.jpg

http://imageshack.com/a/img913/9195/QNveau.jpg

http://imageshack.com/a/img661/7867/FoEKKp.jpg

http://imageshack.com/a/img537/4493/uGIM2m.jpg

http://imageshack.com/a/img633/1746/OxnVYs.jpg

http://imageshack.com/a/img538/3783/opj20x.jpg

http://imageshack.com/a/img540/8590/FaxrzT.jpg

http://imageshack.com/a/img538/889/uCKGEL.jpg

http://imageshack.com/a/img673/8520/NhpUYF.jpg

http://imageshack.com/a/img537/2282/3whSqH.jpg

http://imageshack.com/a/img537/1543/jlLskg.jpg

http://imageshack.com/a/img901/7113/rft5pK.jpg

http://imageshack.com/a/img540/538/d02IjW.jpg

http://imageshack.com/a/img537/2884/NvikgW.jpg

http://imageshack.com/a/img537/7748/7yZIAY.jpg