Bir-birlərinə tam simmetrik olan əkizlər “güzgü əkizləri” olaraq adlandırılır.
Məsələn birinin sol yanağında xal varsa, eyni xal digərinin sağ yanağında olur.
Əkiz övlad dünyaya gətirmiş, özü əkiz ya da əkiz qardaş yaxud bacıları olan bir qadının əkiz dünyaya gətirmə ehtimalı daha yüksəkdir.
Nadir də olsa, əkizlər fərqli irqlərdən ola bilirlər.
Əkizlərin solaxay olma ehtimalı əkiz olmayanlardan iki qat daha çoxdur.
Əkiz övlad dünyaya gətirmək analar üçün daha uzun bir ömür mənasını gəlir.
Süd məhsullarına üstünlük verən qadınların əkiz dünyaya gətirmə ehtimalı daha yüksəkdir.
Tək yumurta əkizi kişilərin, tək yumurta əkizi qadınlardan övladları olsa bu uşaqlar təbii olaraq əmi oğlu/əmi qızı olaraq adlandırılır. Ancaq genetik baxımdan qardaş/bacı xüsusiyyətində olurlar.
Əkizləri bir-birindən fərqləndirmək üçün göbək dəliklərinə baxmaq ən asan üsullardan biridir.
Göbək dəliyi hər körpədə fərqlidir.
Uzun boylu qadınların əkiz dünyaya gətirmək şansı daha yüksəkdir.
Əkizlər ana bətnində belə bir-birlərinin fərqindədirlər və bir-biriləri ilə əlaqə halındadırlar.
Tək yumurta əkizləri bir-birləriylə eyni DNT-yə sahib olduqları üçün etdikləri cinayətlərdən rahatlıqla xilas ola bilirlər.
2009-ci ildə Berlində yaşayan əkizlərdən biri təxminən yeddi milyon Dollarlıq bir ləl-cəvahirat oğurluğu edir və özündən sonra bir neçə damla tər buraxır. DNT-ləri eyni olduğu üçün bu damlaların kimə aid olduğu aydınlaşdırılmır və cinayət cəzasız qalır.
Bir-birlərindən ayrı yaşamış əkizlərin bir-birlərinə çox bənzər həyatlar yaşadığı görülmüşdür.
Tək yumurta əkizlərinin barmaq izləri fərqlidir.
Çünki barmaq izinin formalaşması yalnız DNT-lə əlaqəli deyil, başqa faktorlarında rolu vardır.
Əkizlərin fərqli bioloji ataları ola bilər.
Milyardda bir görülə biləcək bir vəziyyətdir.
Bəzi yapışıq əkizlər bir-birlərinin düşüncələrini oxuya bilirlər.