Bir sərgidə qarşılaşan Microsoft səlahiyyətlisi Volkswagen nümayəndəsinə, əgər biz avtomobil istehsal etsəydik 1 anbar benzinlə 10.000 kilometr edər, avtomobil 100 $’a satılardı ” və hər kəs asanlıqla istifadə edərdi deyir. Volkswagen  nümayəndəsi də Microsoft üçün belə sıralayır:

 1. Bir avtomobil modeli o il bitənə qədər bazara çıxarıla bilməzdi.

 2. Yollardakı xəttlər hər boyandığında yeni bir avtomobil satın almaq məcburiyyətində qalardıq.

 3. Bəzən avtomobilinizin bütün göstəriciləri kilitlənərdi və onu yenidən işlətmək məcburiyyətində qalardıq.

  4. Sun Microsystems günəş enerjisiylə işləyən, iki qat daha etibarlı, 5 qat daha sürətli avtomobillər istehsal edərdi. Lakin bu avtomobillər yolların yalnız 5% ‘inde işləyərdi.

 5. Yağ, akkumlyator, benzin xəbərdarlıq işıqları yerinə tək bir “Ümumi Mühərrik Səhvi ” işığı olardı.

 6. İnsanlar Microsoftun avtomobillərinin yeni xüsusiyyətlərni görmək üçün səbirsizlənərdi. Lakin eyni xüsusiyyətlər digər firmaların istehsal etdikləri avtomobillərdə illərdir var olardı.

 7. Hər kəs Microsoftun istehsal etdiyi benzini istifadə etmək məcburiyyətində qalardı.

 8. Ford, General Motors və Chrysler, Microsoft avtomobillərinə radio qoyduğu üçün iddia açarlardı .

 9. Ortada heç bir şey yoxkən avtomobillər gündə 2 dəfə stop edərdilər.

 10. Bəzən sağa dönüş kimi sadə bir manevr , avtomobilin tamamilə stop etməsinə səbəb olar və bu vəziyyətdə mühərriki bərpa etmək lazım gələrdi.

 11. Yeni oturacaqlar hər kəsin eyni boy və kiloda olmasını gərəkdirərdi.

 12. Hava yastıqları açılmadan əvvəl ” əminsiniz ” deyə soruşardı.

 13. Bəzən avtomobil səbəb yoxkən kilidlənər və eyni anda qapı kilidini açıb, siqnala basıb, bir əllə də antenasını tutmadıqca açılmazdı . (Ctrl + Alt + Del )

 14. Hər yeni model avtomobil bazara çıxdığında müştərilərin avtomobil istifadə etməyi başdan öyrənmələri lazım gələrdi.