“Anladacaqlarımı həqiqətən dinləyəcəksinizsə, hərhalda əvvəl harada doğulduğumu, rəzil uşaqlığımın necə keçdiyini, mən doğulmadan əvvəl anamla atamın necə tanışdıqlarını, bütün o David Copperfield səfehliklərini filan da bilmək istəyərsiniz, amma mən çox izah etmək istəmirəm. Hər şeydən əvvəl, mən bunlardan sıxılıram. Həm də onlarla əlaqəli ən kiçik bir söz desəm, bizimkilərə enmələr enər.”
“Xoşbəxt ailələr bir-birlərinə bənzərlər. Hər bədbəxt ailenin isə özünə xas bir bədbəxtliyi vardır”.
“Zamanların ən yaxşısı idi, zamanların ən pisi idi, həm ağıl çağıydı, həm axmaqlıq, həm inanc dövrüydü, həm də şübhə, Aydınlıq mövsümüydü, Qaranlıq mövsümüydü, həm ümid baharı, həm də ümidsizlik qışıydı, həm hər şeyimiz vardı, həm heç bir şeyimiz yox idi, hamımız ya düz cənnətə gedəcəkdik, ya da tam o biri yana – sözün qısası, indikinə elə yaxın bir dövr idi ki, bəzi nüfuzlar bu dövrün, yaxşı ya da pis fərq etməz, yalnız “daha” sözünün istifadə edilərək digərləri ilə qarşılaşdırıla biləcəyini iddia edərdi”.
“Mrs. Dalloway çiçəkləri öz alacaqdı”.
“Toy çağımda bir nəsihət vermişdi atam, hələ də sırğadır qulağıma. “Nə zaman” demişdi, “birinə tənqidlə davranacaq olsan, unutma, hər kəs sənin imkanlarında gəlməmişdir dünyaya!”
“Ishmael deyin mənə. Bir neçə il əvvəl – neçə il əvvəl olduğu əhəmiyyətli deyil, pulumun azaldığı ya da heç qalmadığı bir vaxtda – quruda da məni ayrıca bağlayan bir şey olmadığı üçün, bir ümmana açılım, bu dünyanın dənizlərini də bir görüm dedim. Mən beləyəm; belə taparam çətinlikdən xilas olmağın, uyuşan qanıma sürət verməyin yolunu”.
“Qalaktikanın Qərb Sarmal Qolu’nun bir ucunda, xəritəsi belə çıkarılmamış ucqar bir küncdə, gözlərdən uzaq, kiçik və sarı bir günəş vardır. Bu günəşin orbitində, kobudca yüz qırx səkkiz milyon kilometr uzağında, hamısıyla əhəmiyyətsiz və mavi- yaşıl rəngli, kiçik bir planet fırlanır. Planetin meymun soyundan gələn canlıları elə primitivdir ki, rəqəmsal qol saatının hələ çox təsiredici bir kəşf olduğunu düşünürlər”.
“Gregor Samsa bir səhər bürkülü yuxulardan oyandığında, özünü yatağında nəhəng bir böcəyə çevrilmiş olaraq tapdı”.
“Mən beş qırmızı avtomobil ilə gedib gördüm və super gözəl bir gün olacağını bilirdim”.
“Üzərimdə birinin baxışlarını hiss etdim. Çox narahat edici bir duyğu idi, xüsusilə də ölü olduğum düşünüldüyündə”.
“Qaçılmaz bir şey idi : Acı badəm qoxusu ona bədbəxt eşqlərin yazqısını anımsadardı həmişə. Doktor Juvenal Urbino, illərdir özü üçün əhəmiyyətini itirmiş bir hadisə ilə maraqlanmaq üzrə qaçıb gəldiyi, hələ alaca işığa basdırılmış otağa girdiyi an ayrı-seçkiliyini anladı bunun. Antilli immiqrant, hərb əlili, uşaq fotoqrafı, şahmatda ən kövrək ürəkli rəqibi, bir qızıl siyanürüyle (zəhər) yaddaşın işgəncələrindən qurtarmışdı özünü”.
“Alice, çayın sahilində, bacısının yanında heç bir şey etmədən eləcə oturmaqdan sıxılmağa başlamışdı; bacısının oxuduğu kitaba bir iki dəfə belə bir göz atdı; kitabda nə bir şəkil vardı, nə də danışıq, “İçində şəkil və danışıq olmayan bir kitab, nə işə yarayar ki” deyə keçirdi ağlından, Alice”.
” Eee, nə olacaq indi he ?
“Mən vardım, yəni Alex, yanımda da üç yoldaşım, yəni Pete, Georgie və Dim, kii Dim ciddi olaraq çox axmaqdı və Korova Sütbarı’nda oturub axşam nə edəcəyimizə qərar verirdi, arsız qaranlıq, buz kimi qış biclik edirdi, amma yağış yox idi.”
“Hər böyük sərvətin arxasında bir cinayət gizlidir. (Balzac )
Amerigo Bonasera New york Üçüncü Ağır Cəza Məhkəməsinin salonunda oturmuş, ədalətin yerinə yetirilməsini gözləyirdi; qızını insafsızca yaralayan, onun şərəfi ilə oynayan kəslərdən ədalətin əliylə intiqam almış olacaqdı”.
“Əgər bunu oxumağa niyyətiniz varsa, imtina edin. Neçə səhifə oxuduqdan sonra burada olmaq istəməyəcəksiniz. Buna görə unudun getsin. Gedin buradan. Hələ tək parçaykən dərhal qaçın”.
“Scarlett O’Hara çox gözəl bir qız deyildi amma TARLETON əkizləri kimi kişilər onun cazibədarlığına bir dəfə qapılınca bunun fərqinə varmazlardı belə.”
“Quraqlıq başlamağı on milyon il qədər olmuş, qorxunc sürünənlərin dövrü hələ indi sona çatmışdı. Burada, bir gün Afrika olaraq xatırlanacaq olan Ekvatorda, mövcudluq savaşı vəhşiliyin yeni bir həddinə çatmış, ancaq ortaya bir qalib çıxmamışdı hələ. Bu uşaq, quraq torpaqlarda yalnız kiçik, çevik və vəhşi olanlar inkişaf edə bilir ya da həyatda qala bilmə ümidləri ola bilirdi”.
“Catherine Morlandı kiçikliyində görən heç kim onun bir qəhrəman olmaq üzrə doğulduğunu düşünməzdi. “
“Yandırmaq bir zövq idi. Bəzi şeylərin itməsini, qaralmasını və dəyişməsini görmək xüsusi bir zövq verirdi. Ovuclarında, nəhəng piton ilanını xatırladan mis sink ərintisi xortumla dünyaya zəhərli kerosin püskürdərkən, qanının beynində dolaşdığını hiss edirdi… Əlləri, tarixin çınqıllarını və kömürləşmiş qalıqlarını yox etmək üçün atəş və alovun bütün simfoniyalarını fövqəladə bir şəkildə idarə edən bir orkestr şefinin əlləriydi . Duyğusuz başında 451 nömrəli simvolik başlığı , gözlərində bundan sonra nələr olacaq düşüncəsiylə narıncı alovlar vardı”.
“Uzun zaman, gecələri erkəndən yatdım. Bəzən, daha şamı söndürər söndürməz, gözlərim o qədər tez yumulurdu ki, “yuxuya gedirəm” deyə düşünməyə zaman tapa bilməzdim”.
“Sherlock Holmes ondan həmişə “qadın” deyə bəhs edir. Onu başqa adla andığını nadir eşitmişəm. Holmsun gözündə o, öz həmcinslərinin tərifindən daha üstündür. Irene Adler üçün eşqə bənzər duyğular bəsləmirdim. Onun soyuq, qəti amma hörmətli şəkildə balanslı zehini üçün bütün duyğular və xüsusilə də o duyğu, iyrənc şeylər idi”.
“Bonn’a çatdığımda hava qaralmışdı. Bir yerə çatdığımdan sonra etdiyim hərəkətlər beş ildir həmişə eyni idi, vərdiş etmişdim artıq. Peron nərdivanlarını enib çıxmaq, çamadanı yerə qoymaq, palto cibindən bilet çıxarmaq, çamadanı yerdən almaq, bileti vermək, axşam qəzetləri üçün köşkə uğramaq, stansiyadan çölə çıxıb bir taksiyə əl etmək. Demək olar ki, beş ildir hər səhər bir yerə doğru yola çıxdım və ya bir yerə çatdım”.
”DOĞRU ! – Gərgin – çox çox çox gərgin və hələ eləyəm; lakin havalanmış olduğumu söyləyə bilərsinizmi? Bu xəstəlik hisslərimi kəskinləşdirdi – yox etmədi – korlaşdırmadı onları. Hamısından əvvəl iti bir eşitmə hissi başladı. Göydəki və yerdəki hər şeyi eşidirəm. Cənənnəmdəki bir çox şeyi duyuram. Necə – olar da – dəli olaram? Dinləyin ! Və izləyin necə də sağlam – necə də soyuqqanlılıqla izah edəcəyimiz bütün hekayəni . ”
“Üfüqdəki gəmilərdə, hər adamın arzuları vardır. Bəziləri üçün ümidlər dalğalarla yanaşır. Digərləri üçün isə yuxular sonsuza qədər üfüqdə yol gedir, nəzərdən heç itmədən seyr edilir… və onları baxanlar heç sıxılıb gözlərini başqa tərəfə döndərənəcən, zaman onları lağ bir şəkildə silənə qədər, əsla sahilə yanaşmazlar. İnsan həyatı budur… “
“Ağlımı qaçırdınızsa mənə görə hava xoşdu, deyə düşündü Moses Herzog”.