ABŞ-da doğulub bir müddət Amerika heyvan həbsxanalarında yaşadıqdan sonra Argentinanın Mendoza “Zoopark”ında 23 il keçirən Arturo, heyvan haqqları fəallarının topladığı yüz minlərlə imzaya baxmayaraq ömrünü beton həyat sahəsində tamamladı. Ölmədən dörd il əvvəl tək dostu qütb ayısı Pelusa’nı xərçəngdən itirən Arturo’nun, son dövrlərində psixoloji problemlərinin artmış olduğu müşahidə edilirdi.

Arturo bir qütb ayısıdır. Yəni bütün bədəni, buzlarla örtülü okeanlarda oradan-oraya tullanmaq və üzmək üçün təkamül etmiş bir canlıdır. Bədənində olan həyati fermentlər də qütb bölgəsinin istilik aralıqlarına uyğun şəkildə təkamül keçirmişdir.



Arturo həyatını betondan bir həbsxanada, qismən yalnız keçirməklə qalmamış, bəzən istiliyi 40 dərəcəyə çatan betondan bir həbsxanada yanaraq ömür boyu əziyyət çəkmişdi.

Heyvan haqqları aktivistləri onu bu səbəbdən “Dünyanın ən bədbəxt heyvanı” olaraq adlandırırdı və onu Kanadada olan başqa bir “heyvan həbsxanası” na aparmaq üçün imzalar toplayırdı. Arturo’nu aparmaq istədikləri “zoopark” Assiniboine Park Zoo, Argentinadakı zooparkla müqayisədə daha soyuq və geniş olsa da yenə də onun təbii mühiti deyildi.



Arturo’nun qəfəsində, sərinləyə bilməsi üçün sadəcə 50 santimetr dərinliyində bir su hovuzu var idi. Böyük sahəsi betondan inşa edilmiş yaşayış yeri, Argentina iqlimində 40 dərəcədən daha isti ola bilirdi.

Arturo’nu Kanadada olan heyvan həbsxanasına aparmaq mövzusu açıldıqda isə zoopark səlahiyyətliləri, 15 min kilometrlik səfər əsnasında ediləcək anesteziyanın Arturo’nun ölümünə səbəb olacağını qarşıya qoyaraq bu fikrə qarşı çıxdılar. İşin doğrusu isə Arturo, Mendoza zooparkına hər il on minlərlə turist gətirən, qızıl yumurtlayan bir toyuq idi.



Arturo yavaş yavaş ağlını itirirdi… Son zamanlarında bir zombi kimi davrandığı və qütb ayılarının yüksək stress altında göstərdikləri davranışları göstərdiyi bildirilən Arturo, yüksək istilikdən və təklikdən psixoloji problemlər yaşayırdı.



Artmaqda olan heyvan haqqları aktivizmi sayəsində bir çox heyvan həbsxanası bağlansa da, qeyri-qanuni ovçuluğun önünə keçilsə də və heyvani məhsulların istifadəsi aşağı düşsə də təəssüf ki, Arturo’ya yetişə bilmədilər.

Bədbəxtçiliklə keçən 30 ilin ardından sahib olduğu tək ömrünü sona çatdırdı. Nə üçün? Onu görməyə gələn insanlar hal hazırda böyük ehtimalla çörəklərinə fıstıq əzməsi sürtməklə və ya qırmızı ayaqqabılarını hara qoyduqlarını düşünməklə məşğuldurlar; yəni Arturo onların yaddaşında, bir şosenin kənarında yerləşdirilmiş reklam lövhəsindən başqa bir şey deyil.

Heyvan həbsxanaları ilə yanaşı bu hadisə bizə başqa problemlərinin də olduğuna işarə etdi. İnsanlar olaraq digər canlıların mühitini sürətlə dəyişdiririk. Bəzilərinə bu uyğunlaşma müsbət təsir edir; bəziləri üçünsə ölümcül olur. Əgər bir heyvan dostunuz varsa və onu həqiqətən sevirsinizsə, onu əsla öz iqlimindən kənara çıxartmayın. Məsələn, Bakının göbəyində Sibir qurdu (Husky) bəsləməyin.

Aşağıdakı videoda Arturo’nun son günlərində çəkilmiş görüntülərini izləyə bilərsiniz.